Azərbaycanda ödənişli xidmətlərdən büdcəyə daxilolmalar 2 % artıb

2023-cü ildə Azərbaycanda dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 822,9 milyon manat təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 2,3 % çoxdur.

Bu barədə “Report”a Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, ötən il dövlət büdcəsinə sair daxilolmalar isə 495,9 milyon manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 6,3 % azdır.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46