Bu il sentyabrın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 10,256 milyon ədəd təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çox, yanvarın 1-nə nisbətən 11,1 %, ötən ilin sentyabrın 1-i ilə müqayisədə isə 17,1 % çoxdur.
Ödəniş kartlarınımn 8,981 milyon ədədi debet kartlar (sosial, əmək haqqı, digər), 1,275 milyon ədədi isə kredit kartlardır. Bunlar isə illik müqayisədə müvafiq olaraq 16 % və 25,2 % çoxdur.