Bu ilin oktyabrın 1-nə Azərbaycanda 10,429 milyon ədəd bank kartı olub.
“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il oktyabrın 1-nə nisbətən isə 16,3 % çoxdur.
O cümlədən, son 1 ildə ölkədə debet kartlarının sayı 15.4%, kredit kartlarının sayı isə 23.3% artıb.