Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 7 218 milyon manat məbləğində nağdsız əməliyyat aparılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67% çoxdur.
9 aylıq nağdsız ödənişlərin 3 988 milyon manatı elektron ticarətin payına düşüb.
Qalan məbləğin 2 771 milyon manatı POS-terminallar, 455 milyon manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib.