Bu ilin I yarısında Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq (MKOS) subyektlərinə verilən kreditlərin məbləği ilin əvvəli ilə müqayisədə 10,5 % və yaxud 0,6 milyard manat artaraq 6,3 milyard manata çatıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.
Hesabata əsasən, bununla da, MKOS-ların kreditləşməsi son illərin ən yüksək həddinə çatıb, onlara verilmiş kreditlərin biznes portfelində payı 54%-ə yüksəlib.
MKOS subyektləri üzrə standartların yumşaldılması onlara verilən kreditlərin portfeldə payının artmasına səbəb olan əsas amillərdən biri olub. 2022-ci ilin sonundan 2023-cü il iyun ayının sonuna qədər bankların öz vəsaiti hesabına verilmiş kreditlərin məbləği 13 % (0,7 milyard manat) artaraq 5,7 milyard manata çatıb. Son nəticədə, bankların öz vəsaiti hesabına MKOS subyektlərinə verilmiş kreditlərinin biznes portfelində xüsusi çəkisi 1 faiz bəndi artaraq 90 % olub."-hesabatda qeyd olunub.