2022-ci ildə Azərbaycanda Milli Ödəniş Sistemi (MÖS) ilə 343 milyard manatlıq əməliyyat aparılıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.
Sənədə əsasən, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə 57,6 % çoxdur.
Yanvar-dekabr aylarında MÖS-lə aparılmış əməliyyatların sayı isə 97,6 milyon təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 37,9 % çoxdur.