Azərbaycanda mədən vergisi üzrə proqnoz 2 % azaldılır

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 158,3 milyon manatının və yaxud 0,5 %-nin mədən vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2,3 % azdır.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.

Digər xəbərlər

ABB Beynəlxalq Risk Forumu keçirdi 20 oktyabr, 2026 / 10:22