Bu ilin noyabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 41 milyard 178,2 milyon manat təşkil edib.
"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, geniş mənada pul kütləsinin həcmi bu ilin oktyabrın 1-i ilə müqayisədə 2,6 %, ilin əvvəlinə nisbətən 18,9 %, illik müqayisədə isə 26,8 % artıb.
Manatla geniş mənada pul kütləsinin həcmi oktyabrın sonuna 28 milyard 702,1 milyon manat təşkil edib. Bu, sentyabrın sonuna olan analoji göstəricidən 3,6 %, ilin əvvəli ilə müqayisədə 20,2 %, illik müqayisədə isə 27,1 % çoxdur.