Bu ilin dekabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 33 milyard 031,3 milyon manat təşkil edib.
"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, geniş mənada pul kütləsinin həcmi noyabrın 1-nə nisbətən 1,8 % çox, ilin əvvəli ilə müqayisədə 13,2 % çox, ötən ilin analoji dövrü ilə müqayisədə isə 21,7 % artıb.
Manatla geniş mənada pul kütləsinin həcmi dekabrın 1-nə 22 milyard 743,7 milyon manat təşkil edib. Bu, noyabrın 1-nə olan analoji göstəricidən 0,7 %, ilin əvvəli ilə müqayisədə 12 %, keçən ilin analoji dövrü ilə müqayisədə isə 22,2 % çoxdur.