Bu il noyabrın 1-nə Azərbaycanda geniş pul kütləsi 32 milyard 462,8 milyon manat təşkil edib.
"Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu, oktyabrın 1-i ilə müqayisədə 0,8 %, ilin əvvəlinə nisbətən 11,2 %, ötən il noyabrın 1-i ilə müqayisədə 20,5 % çoxdur.
Oktyabrın sonuna manatla geniş pul kütləsi 22 milyard 578,3 milyon manat təşkil edib. Bu isə aylıq müqayisədə 0,8 % , ilin əvvəlinə nisbətən 11,2 %, ötən ilin oktyabrın sonu ilə müqayisədə isə 21,6 % çoxdur.