Azərbaycanda manatla geniş pul kütləsi 22% artıb

Bu il oktyabrın 1-nə Azərbaycanda geniş pul kütləsi 32 212,1 milyon manat təşkil edib.

"Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu, sentyabrın 1-i ilə müqayisədə 2,9%, ilin əvvəlinə nisbətən 10,4%, ötən il oktyabrın 1-i ilə müqayisədə 20,3% çoxdur.

Sentyabrın sonuna manatla geniş pul kütləsi 22 407,2 milyon manat təşkil edib. Bu isə aylıq müqayisədə 2,1 % , ilin əvvəlinə nisbətən 10,4%, ötən ilin sentyabrın sonu ilə müqayisədə isə 21,6% çoxdur.

Digər xəbərlər