Bu ilin yanvarın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 34 milyard 646,6 milyon manat təşkil edib.
"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, geniş mənada pul kütləsinin həcmi ötən ilin dekabrın 1-nə nisbətən 4,9 %, illik müqayisədə isə 18,7 % artıb.
Manatla geniş mənada pul kütləsinin həcmi yanvarın 1-nə 23 milyard 874,9 milyon manat təşkil edib. Bu, dekabrın 1-nə olan analoji göstəricidən 5 %, illik müqayisədə isə 17,6 % çoxdur.