Bu ilin aprelin 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 34 milyard 910,5 milyon manat təşkil edib.
"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, geniş mənada pul kütləsinin həcmi bu ilin martın 1-nə nisbətən 3 %, ilin əvvəli ilə müqayisədə 0,8 %, illik müqayisədə isə 19,2 % artıb.
Manatla geniş mənada pul kütləsinin həcmi aprelin 1-nə 23 milyard 597,1 milyon manat təşkil edib. Bu, martın 1-nə olan analoji göstəricidən 2,5 % çox, ilin əvvəli ilə müqayisədə 1,2 % az, illik müqayisədə isə 16,1 % çoxdur.