Bu il iyulun 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 45 milyard 062,3 milyon manat təşkil edib.
"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bu, aylıq müqayisədə 0,5 % çox, ilin əvvəlinə nisbətən cüzi az, illik müqayisədə isə 9,3 % çoxdur.
O cümlədən, manatla geniş mənada pul kütləsinin həcmi iyunun sonuna 35 milyard 127,5 milyon manat təşkil edib. Bu, mayın sonuna olan analoji göstəricidən 2,1 % çox, ilin əvvəlinə nisbətən 0,7 % az, illik müqayisədə isə 11,9 % çoxdur.