Azərbaycanda manatla geniş pul kütləsi 10 % artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 45 milyard 21,3 milyon manat təşkil edib.

"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bu, aylıq müqayisədə 0,2 % çox, ilin əvvəlinə nisbətən 0,1 % az, illik müqayisədə isə 9,5 % çoxdur.

O cümlədən, manatla geniş mənada pul kütləsinin həcmi avqustun sonuna 35 milyard 273,4 milyon manat təşkil edib. Bu, iyulun sonuna olan analoji göstəricidən 0,5 % az, ilin əvvəlinə nisbətən 0,3 % az, illik müqayisədə isə 10,1 % çoxdur.

Digər xəbərlər