Bakı. 26 iyul. REPORT.AZ/ Azərbaycanda manatla banklararası kreditlər 2017-ci ilin may ayında bahalaşmağa başlayıb. Manatla kreditlər üzrə orta faiz mayda 0,08 faiz bəndi artaraq cari il iyunun 1-nə illik 11,17% təşkil edib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.
Xarici valyutada kreditlərdə isə orta faiz 9,74%-dən 9,54%-ə enib. Hesabata əsasən, ən bahalı banklararası kreditlər 30-90 günlük kreditlərdir. Belə ki, bu müddətə manatla verilən kreditlər üzrə orta faiz 20,62%, xarici valyutada isə 17,22% təşkil edib.