Azərbaycanda manat əmanətlərinin sığortalanma faizi 15%-ə qaldırılıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycan banklarında manatla yerləşdirilmiş əmanətlərin sığortalanma faizi bu gündən etibarən 12%-dən 15%-ə qaldırılıb. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, bu addım Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini 15%-ə çatdırmasından sonra atılıb: “Təbii ki, sığortalı əmanətlərin faizinin artırılması bankların cəlb etdiyi vəsaitləri bahalaşdıracaq, amma təcrübə göstərir ki, tədricən faizlərdə azalma olur”.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46