Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycanda maliyyə sektoruna investisiya qoyuluşlarının həcmi illik müqayisədə 3,4 dəfə artaraq bu ilin yanvar-aprel ayları ərzində 0,7 mln. manata çatıb.
"Report" bu barədə Dövlət Statsitika Komitəsinə istinadən xəbər verir.
Beləliklə, iqtisadiyyata cəmi invesitiya qoyuluşunun 0,02%-i məhz maliyyə sektorunun payına düşüb. Rəsmi statistikaya əsasən, 2017-ci ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 533,4 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,5% az vəsait yönəldilib. Ümumi sərmayənin 28,1%-i dövlət, 71,9%-i qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.