Azərbaycanda maliyyə-lizinq şirkəti 500 min ABŞ dollarlıq istiqraz buraxır

Azərbaycanda maliyyə-lizinq bazarında fəaliyyət göstərən “Ekolizinq” MMC "Bakı Fond Birjası" QSC-də (BFB) 500 min ABŞ dolları dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.

"Report" xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 500 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.

Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək, 36 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 10 %-dir. Faizlər aylıq ödəniləcək.

Yerləşdirilmə prosesinin anderrayteri “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması istisna edilmir. Bu, emirentlə investor arasında qarşılıqlı razılıq əsasında ola bilər.

Digər xəbərlər