Azərbaycanda lizinq şirkəti yeni səhmdarlar cəlb edib

Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan "Partners Finance" QSC yeni səhmdarlar cəlb edib.

"Report" xəbər verir ki, bunlar, Anar Nuriyev və Şamama Qurbanovadır.

Onlar səhmdar cəmiyyətinin nizamnamə kapitalının 51 dəfə artırılaraq 2 min manatdan 102 min manata çatdırılmasını təmin edib və şirkətdə hər biri 49,02% paya sahib olub.

Əvəzində yeganə mövcud səhmdarın – Nübuvvət Rzayevin payı 100%-dən 1,96%-ə düşüb.

Xatırladaq ki, "Partners Finance" 2020-ci ildə yaradılıb.

Digər xəbərlər