“Ziya Kredit İttifaqı” MMC ləğv olunduğunu elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsi, ev 104 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Ziya Kredit İttifaqı” 2009-cu ildə, 4 min manat nizamnamə kapitalı ilə yaradılıb. Maliyyə qurumu 8 il fəaliyyət göstərdikdən sonra, 2017-ci ildə o vaxtkı Maliyyə Bazarlarına Nəzarət Palatası onun lisenziyasını ləğv edib.