Azərbaycanda könüllü sığorta bazarı 9 % böyüyüb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 278,312 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9 % çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 124,136 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 58,7 % çoxdur.

Beləliklə, 3 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 44,6 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 30,6 manat olub.

Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti 373,14 milyon manat sığorta haqqı toplanılıb. bu, ötən ilin eyni dövrünə nisbətən 7,6 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 153,327 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 49,9 % çoxdur.

Ötən 3 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 41,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 29,5 manat olub.

Digər xəbərlər