Azərbaycanda könüllü sığorta bazarı 29 % artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 410,666 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 29,1 % çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 133,340 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 47,2 % çoxdur.

Beləliklə, 5 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 32,5 manatı qədər ödəniş edilib. Bu rəqəm 2022-ci ilin eyni dövründə 28,5 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 566,434 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2022-ci ilin eyni dövrünə nisbətən 32,8 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 174,436 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 35,2 % çoxdur.

5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 30,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 30,2 manat olub.

Digər xəbərlər

Gənclər Fondu auditor seçir 05 fevral, 2026 / 15:06
AZPROMO auditor seçir 04 fevral, 2026 / 17:27