Bu ilin yanvar-fevral aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 143,136 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,6% çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 24,463 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 63,55% azdır
Beləliklə, 2022-ci ilin yanvar-fevral aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 17,1 manatı qədər ödəniş edilib. Bu rəqəm 2021-ci ilin yanvar-fevral aylarında 57 manat olub.