Azərbaycanda könüllü sığorta bazarı 20 %-dən çox böyüyüb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 366,698 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,4 % çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 130,249 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 29,1 % azdır.

Beləliklə, 2022-ci ilin yanvar-iyun aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 35,5 manatı qədər ödəniş edilib. Bu rəqəm 2021-ci ilin yanvar-iyun aylarında 60,3 manat olub.

Qeyd edək ki, 6 ayda Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 491,605 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 8,7 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 174,923 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 29,5 % azdır.

6 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 35,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 54,9 manat olub.

Digər xəbərlər