Azərbaycanda könüllü sığorta bazarı 16% böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 365,86 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,9% çoxdur.

Bundan başqa, hesabat dövründə könüllü sığorta növlərinin hesabına 219,09 milyon manat sığorta ödənişi həyata keçirilib. Bu isə illik müqayisədə 76,5% çoxdur.

Beləliklə, 2020-ci ilin ilk 8 ayı ərzində könüllü sığorta növlərindən yığılmış hər 100 manatın 59,9 manatı ödənişə yönəldilib. Bu rəqəm 2019-cu ilin 8 ayında 39,3 manat olub. 

Digər xəbərlər

ANAMA auditor seçir 07 fevral, 2026 / 11:53
Gənclər Fondu auditor seçir 05 fevral, 2026 / 15:06