Bu ilin I yarısında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 541,064 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 295,009 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 68,7 % çoxdur.
Beləliklə, 6 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 54,5 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 37,1 manat olub.
Xatırladaq ki, yanvar-iyun aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 725,162 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 356,633 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 58,5 % çoxdur.
6 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 49,2 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 34,7 manat olub.