Azərbaycanda könüllü sığorta bazarı 11 %-ə yaxın böyüyüb

Bu ilin I rübündə Azərbaycanda könüllü sığorta növləri hesabına 307,945 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 % çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 134,102 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 8 % çoxdur.

Beləliklə, 3 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 43,5 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 44,6 manat olub.

Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti 399,083 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,95 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 164,029 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 7 % çoxdur.

Ötən 3 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 41,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə də bu göstərici 41,1 manat olub.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46