Azərbaycanda kommunal təsərrüfat xərcləri 33 % artırılır

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 181 milyon manatı və yaxud 0,5 %-i kommunal təsərrüfat xərclərinin payına düşəcək.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 33,1 % çoxdur.

Kommunal təsərrüfat xərcləri mənzil və kommunal təsərrüfatı xərclərinin 49,6 %-ni təşkil edəcək.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46