Azərbaycanda kirayə qiymətləri 7 %-dən çox artıb

Bu ilin I rübünün yekununda Azərbaycanda kirayə qiymətləri ötən ilin I rübünün yekunu ilə müqayisədə 7,3 %, fevralın sonuna nisbətən isə 0,3 % çox olub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) rüblük "Pul Siyasəti İcmalı"nda bildirilir.

Bundan başqa, hesabat dövründə ilkin mənzil bazarında qiymətlər orta hesabla 13,1 %, təkrar mənzil bazarında isə 8,1 % artıb. Ümumi qiymət artımı da 8,1 % təşkil edib.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46