Azərbaycanda investisiya bankçılığı xidmətləri göstəriləcək

“Azfinance İnvestisiya Şirkəti” QSC 2023-cü ildən investisiya bankçılığı xidmətləri göstərməyi planlaşdırır.

Bunu “Report”a açıqlamasında qurumun direktoru İntiqam Səfərəliyev deyib.

“Bunun üçün ayrıca bank lisenziyasının alınması planlaşdırmır, investisiya bankçılığı departamentinin yaradılması nəzərdə tutulub. Dünya təcrübəsində də bu var. Bəzi ölkələrdə investisiya bankçılığı investisiya şirkətlərinə, bəzi ölkələrdə isə investisiya banklarına aiddir”, - deyə o, qeyd edib.

Digər xəbərlər