Azərbaycanda ilk rəqəmsal bank yaxın 5 ildə yaradıla bilər

Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycanda ilk rəqəmsal bankı açmaq fikrindəyik. 

"Report" xəbər verir ki, bunu Avropa İttifaqı - Azərbaycan biznes-forumunda çıxış edən "Goldenpay" şirkətinin rəhbəri Fərid İsmayılzadə deyib. 

Onun sözlərinə görə, ilk rəqəmsal bankın yaradılması yaxın 5 ildə reallaşa bilər. 

F.İsmayılzadə həmçinin deyib ki, rəhbərlik etdiyi şirkət 2018-2019-cu illərdə səhmlərini açıq satışa çıxarmaq istəyir. 

Digər xəbərlər