Gələn il Azərbaycanın dövlət büdcəsində ölkəyə idxal olunan mallara dair əlavə gəlir vergisi (ƏDV) üzrə daxilolmaların 2 910 milyon manat təşkil edəcəyi gözlənilir.
“Report”un xəbərinə görə, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 6,2 % çoxdur.
Proqnozun artırılması qeyri-neft sektoru üzrə idxalın artımla proqnozlaşdırılması, habelə vergitutma bazasının artımının proqnozlarda nəzərə alınması ilə bağlıdır.