Bu ilin yanvar-avqust aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 46,5% artaraq 931,6 milyon manat olub.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,8 %-i hüquqi şəxslərin, 50,2 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.