Bu ilin yanvar-fevral aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 202,3 mln. manat təşkil edib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,5% çoxdur.
Ümumi dövriyyəsinin 41,2%-i hüquqi şəxs statuslu müəssisələrin, 58,8%-i isə fərdi sahibkarların payına düşüb.