Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 35 milyon 130,6 min dekalitr içki istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17 % çoxdur.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə Azərbaycanda araq istehsalı 843,9 min dekalitr (1 il əvvələ nisbətən 19,6 % az), viski-konyak istehsalı 49,5 min dekalitr (2,7 dəfə çox), üzüm şərabı istehsalı 606,4 min dekalitr (58 % çox), pivə istehsalı 3 milyon 775,7 min dekalitr (6,4 % az), spirtsiz içki istehsalı isə 29 milyon 855,1 min dekalitr (9,6 % çox) təşkil edib.
Bu il oktyabrın 1-nə ölkədə spirtli içki ehtiyatı 1 milyon 417,2 min dekalitr, spirtsiz içki ehtiyatı isə 359,1 min dekalitr olub ki, bu da illik müqayisədə müvafiq olaraq 10 % və 38 % azdır.