Azərbaycanda icbari sığorta bazarı 19% kiçilib

Bu ilin yanvar-may aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 108,573 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 18,5 % azdır.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 38,434 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 32,2 % azdır.

Beləliklə, 2022-ci ilin yanvar-may aylarında icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 35,4 manatı qədər ödəniş edilib. Bu rəqəm 2021-ci ilin yanvar-may aylarında 42,6 manat olub.Qeyd edək ki, 5 ayda Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 426,638 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,2 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 129,033 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 38 % azdır.
5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 30,2 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,3 manat olub.

Digər xəbərlər