Bu ilin yanvar-fevral aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 35,171 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 17,6% azdır.
Hesabat dövründə icbari sığorta növləri isə ödənişlərin məbləği 14,473 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 56,2% azdır.
Beləliklə, 2022-ci ilin yanvar-fevral aylarında icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 41,15 manatı qədər ödəniş edilib. Bu rəqəm 2021-ci ilin yanvar-fevral aylarında 77,4 manat olub.