Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda icbari sığorta üzrə ümumilikdə 239,016 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,7 % çoxdur.
Hesabat dövründə icbari sığorta üzrə ödənişlərin məbləği isə 110,11 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 73,7 % çoxdur.
Yanvar-noyabr aylarında icbari sığorta üzrə toplanmış hər 100 manat sığorta haqqının 46,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 30,7 manat olub.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 767,914 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 429,849 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 9,8 % çoxdur.
Sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 56 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 58,6 manat olub.