Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda icbari sığorta üzrə ümumilikdə 223,047 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 % çoxdur.
Hesabat dövründə icbari sığorta üzrə ödənişlərin məbləği isə 101,363 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 80,7 % çoxdur.
Yanvar-oktyabr aylarında icbari sığorta üzrə toplanmış hər 100 manat sığorta haqqının 45,4 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 29 manat olub.