Azərbaycanda icbari sığorta bazarı 11 % kiçilib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 161,232 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 11,3 % azdır.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 63,355 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 22,9 % azdır.

Beləliklə, 2022-ci ilin yanvar-avqust aylarında icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 39,3 manatı qədər ödəniş edilib. Bu rəqəm 2021-ci ilin yanvar-avqust aylarında 45,2 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 654,918 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,8 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 283,671 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 16,5 % azdır.

8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 43,3 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 58,5 manat olub.

Digər xəbərlər

Gənclər Fondu auditor seçir 05 fevral, 2026 / 15:06
AZPROMO auditor seçir 04 fevral, 2026 / 17:27