Bu ilin yanvar-mart aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 milyard 410,1 milyon manat təşkil edib.
"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 % az, proqnozdan isə 0,4 % çoxdur.
I rübdə gömrük daxilolmaları dövlət büdcəsi gəlirlərinin 14,7 %-ni təşkil edib.