Azərbaycanda həyat sığortası bazarı 37% böyüyüb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 63,003 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 36,6% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 79,75% azalaraq 10,447 milyon manata çatıb.

Beləliklə, 2022-ci ilin yanvar-fevral aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 16,6 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 2021-ci yanvar-fevral aylarında 111,8 manat olub.

Digər xəbərlər