Azərbaycanda həyat sığortası bazarı 29 % böyüyüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 303,143 milyon manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 28,6 % çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 78,7 % artaraq 129,02 milyon manata çatıb.

Beləliklə, 4 ay ərzində həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 42,6 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 30,6 manat olub.

Xatırladaq ki, yanvar-aprel aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti 542,841 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 16,1 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 209,555 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 55,7 % çoxdur.

Ötən 4 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 26 manat olub.

Digər xəbərlər