2022-ci ildə Azərbaycanda həyat sığortası növlərinin hesabına 498,984 milyon manat sığorta haqqı toplanılıb.
"Report" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 30,25% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 3,5% artaraq 248,114 milyon manata çatıb.
Beləliklə, 2022-ci ildə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 49,7 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 2021-ci ildə 62,6 manat olub.