Gələn il Azərbaycanın dövlət büdcəsində gömrük orqanlarının xətti ilə aksiz vergisi üzrə daxilolmaların 160 mln manat təşkil edəcəyi gözlənilir.
“Report”un xəbərinə görə, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 5,9 % azdır.
Azalma makroiqtisadi proqnozlara əsasən bir sıra aksizli malların, o cümlədən siqaretin ölkə daxilində istehsal həcmlərinin növbəti dəfə artması, idxalın azalması ilə əlaqədardır.