Bu il noyabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsi 42 milyard 894,2 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,1 % çox, ilin əvvəlinə nisbətən 0,2 % çox, ötən il noyabrın 1-i ilə müqayisədə isə 4,2 % çoxdur.
O cümlədən, manatla geniş mənada pul kütləsinin həcmi bu il oktyabrın sonuna 33 milyard 433,7 milyon manat olub. Bu, aylıq müqayisədə 0,8 %, ilin əvvəlinə nisbətən 13,1 %, illik müqayisədə isə 16,5 % çoxdur.