Azərbaycanda geniş pul kütləsi 23 %-dən çox artıb

Bu il martın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 41 milyard 733 milyon manat təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,7 % çox, ilin əvvəli ilə müqayisədə 2,5 % az, illik müqayisədə isə 23,2 % artıb.

Manatla geniş mənada pul kütləsinin həcmi bu ilin fevralın sonuna 29 milyard 018,3 milyon manat təşkil edib. Bu, 2023-cü ilin yanvarın sonuna olan analoji göstəricidən 0,4 % çox, ilin əvvəli ilə müqayisədə 1,9 % az, illik müqayisədə isə 26,1 % çoxdur.

Digər xəbərlər

DSMF-nin xərcləri 10 % artıb 12 oktyabr, 2026 / 10:23