Bu ilin iyulun 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 38 milyard 290,4 milyon manat təşkil edib.
"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, geniş mənada pul kütləsinin həcmi bu ilin iyunun 1-i ilə müqayisədə 3,5 %, ilin əvvəlinə nisbətən 10,5 %, illik müqayisədə isə 26,4 % artıb.
Manatla geniş mənada pul kütləsinin həcmi iyunun sonuna 26 milyard 164,3 milyon manat təşkil edib. Bu, mayın sonuna olan analoji göstəricidən 3,1 %, ilin əvvəli ilə müqayisədə 9,6 %, illik müqayisədə isə 21,8 % çoxdur.
Qeyd edək ki, geniş mənada pul kütləsinin həcmi ilk dəfə olaraq 38 milyard manatı ötüb.