Bu ilin sentyabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 39 milyard 064,9 milyon manat təşkil edib.
"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, geniş mənada pul kütləsinin həcmi bu ilin avqustun 1-i ilə müqayisədə 2,1 %, ilin əvvəlinə nisbətən 12,8 %, illik müqayisədə isə 24,9 % artıb.
Manatla geniş mənada pul kütləsinin həcmi avqustun sonuna 26 milyard 973,8 milyon manat təşkil edib. Bu, iyulun sonuna olan analoji göstəricidən 2,7 %, ilin əvvəli ilə müqayisədə 13 %, illik müqayisədə isə 22,9 % çoxdur.